"Benfika"da yeni baş məşqçi

"Benfika"da yeni baş məşqçi

Portuqaliyanın "Benfika" klubunu mövsümün sonuna qədər kimin çalışdıracağı müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisini qarşıdakı oyunlara buna qədər komandada köməkçi məşqçi kimi çalışan Nelson Verissumo çıxardacaq. 43 yaşlı mütəxəssis istefaya göndərilən Brunu Lageni əvəzləyib.

Portuqaliya Premyer Liqasında mövsümün başa çatmağında 4 tur qalıb. "Benfika" lider "Portu"dan 6 xal geri qalır.

 

Mənbə: qol.az