"Neftçi" Rəhman Hacıyevlə müqaviləni uzadıb, icarəyə verib

"Neftçi" Rəhman Hacıyevlə müqaviləni uzadıb, icarəyə verib

 

"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Mənbə: apa.az