Azarkeşlərdən Riberiyə: "Nəsə danışmaq istəyirsənsə, əvvəlcə fikirləş"

Azarkeşlərdən Riberiyə: "Nəsə danışmaq istəyirsənsə, əvvəlcə fikirləş"

"Fiorentina”nın azarkeşləri Frank Riberiyə müraciət ünvanlayıb.

Sport7.az xəbər verir ki, "Parma” ilə səfər oyunundan qayıdandan sonra fransalı futbolçu evinin qarət olunduğunu görüb. Bundan qəzəblənən futbolçu sosial şəbəkə vasitəsiylə özünü Florensiyada narahat hiss etdiyini və hər an komandadan gedə biləcəyini yazıb.

Riberinin bu müraciəti florensiyalı azarkeşlərin xoşuna gəlməyib və bəyanat yayaraq Riberiyə cavab yazıb: "Əzizimiz Frank. Dərdini anlayırıq, amma Florensiya haqda nəsə danışmaq istəyirsənsə, əvvəlcə fikirləş! Dünyanın hər yerində varlılar qarətə məruz qalır. Amma xoşbəxtlikdən onlar mühafizəçilərin xidmətindən istifadə edə bilir. Kasıbların isə belə bir imkanı yoxdur. Onlar qarətə məruz qalanda hər şeyi sakit şəkildə qəbul edir”.

Mənbə: sport7.az