Vaqner Lav rəsmən Qazaxıstan klubunda

Vaqner Lav rəsmən Qazaxıstan klubunda

ÇSKA və "Beşiktaş"dakı çıxışı ilə tanınan Vaqner Lav karyerasını Qazaxıstanda davam etdirəcək.

"Kayrat" Lavı heyətinə qatdığını açıqlayıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.

Vaqnerin son iş yeri "Korintians" olub. Daha öncə braziliyalı hücumçunun ÇSKA-ya qayıdacağına dair xəbərlər yayılmışdı.

Mənbə: www.fanat.az