"Bu barədə danışsam, mənim üçün problem yaranacaq" - Mourinyu

"Bu barədə danışsam, mənim üçün problem yaranacaq" - Mourinyu

"Tottenhem"in yarımmüdafiəçisi Erik Dayer FA Kubokunda "Norviç"lə oynanılan matçdan sonrakı hərəkətinə görə 4 oyunluq diskvalifikasiya olunub.

Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, onlayn-mətbuat konfransında baş məşqçi Joze Mourinyudan cəzaya münasibət bildirməsi istənilib. Portuqaliyalı mütəxəssis cavabında qeyd edib:

"Bu məsələ haqqında danışmaq istəmirəm. Cavab verməyəcəm. Çünki bu barədə danışsam, mənim üçün problem yaranacaq və mən bunun olmasını istəmirəm".

Fanat.Az

Mənbə: fanat.az