"Latsio"nun futbolçusu 4 oyunluq cəzalandırıldı

"Latsio"nun futbolçusu 4 oyunluq cəzalandırıldı

"Latsio"nun ispan müdafiəçisi Patrik Qabarron A Seriyasının İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, "Leççe" ilə oyunda rəqib komandanın futbolçusu Culio Donatini dişləyən müdafiəçiyə 10 min avro para cəzası da kəsilib.

Mənbə: fanat.az