Ukrayna Kubokunu "Dinamo" qazandı

Ukrayna Kubokunu "Dinamo" qazandı

Ukrayna Kubokunun finalında Kiyev "Dinamo"su "Vorskla" ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Xarkovun "Metallist" stadionunda keçirilən matç yetərincə dramatik alınıb.

Oyunun 11-ci dəqiqəsində Ruslan Stepanyukla hesabı açan kiyevlilər 28-ci dəqiqədə Verbiçin cavab qoluna üzülüblər.

Görüşün nəticəsini isə penaltilər seriyası müəyyənləşdirib. "Dinamo" rəqibini dəqiq zərbələrin sayında çətinliklə üstələyərək (8:7) tarixində 12-ci dəfə Ukrayna Kubokunu qazanıb.

Mənbə: fanat.az