"Sabah" Şevçenkonun sabiq köməkçisini gətirir - ÖZƏL

"Sabah" Şevçenkonun sabiq köməkçisini gətirir - ÖZƏL

Yeni mövsümə daha iddialı başlamaq istədiyini transferləri ilə ortaya qoyan "Sabah" əcnəbi baş məşqçi tapıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi ispan çalışdırıcı Raul Rianço ilə danışıq aparır. Tərəflər müqavilənin detallarını razılaşdıracağı halda, əcnəbinin adı futbol ictimaiyyətinə açıqlanacaq.

60 yaşlı mütəxəssisin son iş yeri Moskva "Spartak"ı olub. 2018-ci ildə Rusiya klubunda Massimo Karreranın köməkçisi qismində işə başlayan Riançonun fəaliyyəti uzun sürməyib. Elə həmin ilin oktyabrında Karrera postundan uzaqlaşdırılıb və "Sabah"ın elçi düşdüyü mütəxəssis paytaxt komandasını baş məşqçi əvəzi statusu ilə 6 matça çıxarıb. Oleq Kononovun təyinatından sonra isə Moskva klubunu tərk edib.

Riançonun karyerasını zəngin saymaq olar. O, daha çox fiziki işlər üzrə mütəxəssis və köməkçi-məşqçi kimi çalışıb. "Ximnastika, "Rasinq", "Levante" və "Rubin"dən sonra Kiyev "Dinamo"sunda Sergey Rebrova, 2016-2018 aralığında Ukrayna millisində Andrey Şevçenkoya yardım edib.

Fanat.Az

Mənbə: fanat.az