“Mançester Yunayted” səfərdə qələbə qazanıb

“Mançester Yunayted” səfərdə qələbə qazanıb

İngiltərə Premyer Liqasının 34-cü turunda “Aston Villa” “Mançester Yunayted”-lə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Birminhemdə, “Villa Park” stadionunda keçirilib və “Mançester Yunayted”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 27-ci dəqiqədə açılıb. Brunu Fernandeş 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Birinci hissənin sonlarına Meyson Qrinvud hesabdakı üstünlüyü artırıb. İkinci hissədə Pol Boqba Fernandeşin ötürməsini qola çevirib.

“Mançester Yunayted” 58 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Aston Villa” 27 xalla 19-cu yerdədir.

Mənbə: www.realtv.az