Rəqibin qolunu dişləyən futbolçuya ağır cəza verildi

Rəqibin qolunu dişləyən futbolçuya ağır cəza verildi

İtaliya A Seriyasının 31-ci turunda "Leççe" ilə səfər görüşündə rəqibin qolunu dişləyən "Latsio"nun futbolçusu Patrisio Qabarronun cəzası müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, 90+3-cü dəqiqədə Culio Donatini dişləyən ispaniyalı müdafiəçiyə 4 oyunluq cəza verilib.

27 yaşlı futbolçu 10 min avro cərimə də ödəyəcək. "Latsio" səfərdə keçirilən görüşdə 1:2 hesabı ilə uduzmuşdu.

Mənbə: yenisabah.az