Almaniya Bundesliqasında mövsümün ən yaxşısı açıqlanıb

Almaniya Bundesliqasında mövsümün ən yaxşısı açıqlanıb

Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya Futbolçular İttifaqı başa çatan 2019/20 mövsümünün ən yaxşıları açıqlayıb.

Münhenin “Bavariya” klubunun hücumçusu Robert Levandovski bütün rəqiblərini böyük fərqlə qabaqlayıb. İkinci yeri Dortmund “Borussiya”sının gənc istedadı Ceydon Sanço tutub. İlk “üçlüy”ü Robertin komanda yoldaşı Coşua Kimmix qapayıb.

Qeyd edək ki, polşalı hücumçu “Bavariya” ilə həm çempion, həm də kubokun qalibi olduğu mövsümdə hər iki yarışın bombardiri adına da yiyələnib.

Mənbə: apa.az