"Napoli"Cennaro Qattuzo ilə müqaviləni uzadacaq

"Napoli"Cennaro Qattuzo ilə müqaviləni uzadacaq

"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi çalışdırıcı ilə müqavilə müddətini uzadacaq.

Qattuzo ilə klub prezidenti Aurelio de Laurentis arasında görüş keçirilib və yeni 2 illik sazişin bağlanması qərara alınıb. Hazırkı müqavilə müddəti gələn ilin yayına qədər olan 42 yaşlı çalışdırıcı bu müddəti 2023-cü ilin yayına qədər artıracaq.

Qeyd edək ki, bu mövsüm İtaliya kubokunu qazanan "Napoli" Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə qarşılaşacaq.

Mənbə: apa.az