Rusiyada stadionda qapıçını ildırım vurdu - Bu da həmin dəhşətli anlar - VİDEO

Rusiyada stadionda qapıçını ildırım vurdu - Bu da həmin dəhşətli anlar - VİDEO

Rusiyada stadionda tək başına məşq edən 16 yaşlı qapıçını ildırım vurub.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, qapıçı İvan Zaborovskovo ağır xəsarət alıb.

"Znamya Truda" futbol klubunun çərçivə qoruyucusunun başına gələn həmin dəhşətli anlar stadionda olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Xəstəxanaya çatdırılan Zaborovskovonun komadan ayıldığı və həyati təhlükəni geridə qoyduğu bildirilir. Mütəxəssislər ildırım vurmasını gənc qapıçının boyunbağı ilə əlaqələndirirlər.

Bu da həmin kadrlar:

Mənbə: news.milli.az