Qattuzo yeni müqavilənin detallarını razılaşdırdı

Qattuzo yeni müqavilənin detallarını razılaşdırdı

"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Fanat.Az xəbər verir ki, məşhur insayderlərdən olan Nikolo Skira "Twitter"də yazıb. "La Gazzetta dello Sport"un əməkdaşı yaxın günlərdə mütəxəssisin klub prezidenti Aurelio de Laurentislə görüşərək məsələyə nöqtə qoyacağını açıqlayıb.

Mənbə yeni müqavilənin müddətinin 2023-cü ilin yayına qədər olacağını açıqlayıb.

Qattuzo ötən mövsümün sonundan "Napoli"nin baş məşqçisidi. Onun indiki müqaviləsinin müddəti 2021-in yayına qədərdi. Komanda turnir cədvəlində 6-cı yerdə olsa da, ötən ay İtaliya Kubokunun finalında "Yuventus" üzərində qazanılan qələbə rəhbərliyi tam qane edib.

Fanat.Az

Mənbə: www.fanat.az