Millimizin əsas qapıçısı rəsmən “Qarabağ”da - FOTO

Millimizin əsas qapıçısı rəsmən “Qarabağ”da - FOTO

 

Millimizin əsas qapıçısı Emil Balayev “Qarabağ”a transfer olub.

milletinsesi.info xəbər verir ki, bu barədə Ağdam klubunun “Facebook” səhifəsi məlumat yayıb.

Onun müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, Emil Balayev bunadək “Zirə” klubunun şərəfini qoruyurdu.

Səbuhi Musayev

Mənbə: milletinsesi.info