Rivaldodan "Barselona"ya tövsiyə: "Diqqətinizi Neymarın transferinə yönəldin"

Rivaldodan "Barselona"ya tövsiyə: "Diqqətinizi Neymarın transferinə yönəldin"

Rivaldo "Barselona"nın Neymarı geri qaytarmalı olduğunu düşünür.

 

Fanat.Az "Clarin"ə istinadən xəbər verir ki, Rivaldo son açıqlamasında qeyd edib:

"Barselona" yenidən diqqətini Neymarın transferinə yönəltməlidi. Şübhəsiz ki, indi "İnter" Martinesə görə çox pul tələb edəcək. Düşünürəm ki, Neymar "Barselona"nı əvvəlki vəziyyətinə qaytara bilər. O, komandanı stimullaşdıracaq və oyunların nəticələrini təyin etmək üçün yaxşı alternativ olacaq. Bu sayədə Messi də istirahət edə biləcək".

Neymar 2017-ci ildə "Barsa"nı PSJ-yə dəyişmişdi.

Fanat.Az

Mənbə: fanat.az