"Lester" "Real"ın ulduzunu transfer edir!

"Lester" "Real"ın ulduzunu transfer edir!

"Lester Siti" klubu Madrid "Real"ının gənc futbolçusu Luka Yoviçi transfer etməyə yaxındır.

Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı serbiyalı hücumçu üçün artıq hərəkətə keçib. Məlumata görə, Yoviçin agenti ilə danışıqlar aparılıb. Futbolçunun özü də İngiltərədə oynamağa müsbət yanaşır. Hazırda "Tülkülər"in baş məşqçisi Brendan Rocersin sərəncamında görmək istədiyi əsas futbolçu Yoviçdir. Təcrübəli mütəxəssis növbəti mövsüm Vardi-Yoviç tandemindən faydalanmaq niyyətindədir.

"Lester" bu transfer üçün "Real"a 38 milyon avro təklif edib.

Qeyd edək ki, ötən il "Ayntraxt"dan "Real"a transfer edilən Yoviç uğursuz çıxışı ilə baş məşqçi Zidanın etimadını itirib.

Mənbə: offsideplus.az