Balotellinin çəkisi 100 kq.-a yaxınlaşır - Klubu məlumat yaydı

Balotellinin çəkisi 100 kq.-a yaxınlaşır - Klubu məlumat yaydı

"Breşiya" rəsmi saytında Mario Balotelli haqqındakı məlumatları yeniləyib.

Fanat.Az xəbər verir ki, Balotellinin boyunun 190 sm., çəkisinin isə 99,8 kq. olduğu göstərilib. "Football Italia"nın məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə dövründə 29 yaşlı futbolçunun çəkisi 8 kq. artıb.

Balotelli və "Breşiya" rəhbərliyi arasındakı vəziyyət gərgindi. Klub oyunçuya müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvini təklif etsə də, o, rədd cavabı verib

Mənbə: www.fanat.az