Məşhur gürcü basketbolçu karyerasını Rusiyada davam etdirəcək - RƏSMİ

Məşhur gürcü basketbolçu karyerasını Rusiyada davam etdirəcək - RƏSMİ

TsSKA Tornike Şenqeliyanı heyətinə qatdığını açıqlayıb.

 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Şenqeliya ilə 3 illik müqavilə imzalanıb.

Gürcüstanlı basketbolçu son 6 mövsümü "Baskoniya"nın heyətində keçirib. Şenqeliya cari Avroliqa mövsümündə 15,9 xal, 5,6 ribaund, 2,9 asist, 1,0 top oğurlama və 0,5 blok-şot ortalamaları ilə oynayıb.

Qeyd edək ki, 28 yaşlı forvardın Rusiya klubuna keçidi Gürcüstanda heç də birmənalı qarşılanmayıb.

Fanat.Az

Mənbə: www.fanat.az