Millimizdə yeni baş məşqçi – Təyinatı bu gün açıqlanır

Millimizdə yeni baş məşqçi – Təyinatı bu gün açıqlanır

Milli komandamızın baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Qol.az-ın azerisport.com-a istinadən verdiyi xəbərə görə, AFFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək onlayn iclasında bu vəzifəyə italiyalı Canni de Byazinin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, həmin vəzifəyə Byazi ilə yanaşı irlandiyalı Roy Kin və yerli məşqçilərdən Arif Əsədov da namizəd olub. Amma Kinlə danışıqlarda tam razılığa gələ bilməyən AFFA rəhbərliyi Byazinin namizədliyi üzərində dayanıb. Onun vəzifəsinin icrasına sentyabrda start götürəcək Millllər Liqası ərəfəsində, yoxsa turnirdən sonra başlayacağı haqda isə məlumat yoxdur.
İstisna deyil ki, Millətlər Liqasına komandamız Arif Əsədovun rəhbərliyi altında çıxsın.

Qeyd edək ki, onlayn iclası bu gün saat 15.00-da başlanacaq.

Mənbə: qol.az