Çin bu il üçün bütün idman tədbirlərini ləğv etdi

Çin bu il üçün bütün idman tədbirlərini ləğv etdi

Çin 2020-ci ildə keçirilməsi planlaşdırılan bütün idman tədbirlərini koronavirus səbəbindən ləğv edib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Çin İdman İdarəsinin qərarına əsasən, qadınlar və kişilər arasında ümumilikdə 10 beynəlxalq tennis turniri, 3 qolf turniri, 2 velosiped turniri, badminton turnirinin finalları ləğv edilib.

Bu il yalnız 2022-ci ildə Çində keçiriləcək Qış Olimpiya Oyunları üçün seçmə oyunların keçirilməsinə icazə veriləcək.

Qeyd edək ki, Çində ötən ilin dekabrında yayılmağa başlayan koronavirusa ümumilikdə 83 min 581 nəfər yoluxub. Onlardan 4634 nəfər ölüb. Hazırda cəmi 357 nəfərin müalicəsi davam etdirilir, digərləri isə sağalıb.

Son günlərdə ölkədə yoluxma hallarının yenidən artması səbəbindən ehtiyat tədbirləri gücləndirilib.

BAKU.WS

Mənbə: baku.ws