"Yuventus"un ingilis klubu ilə "alver" planı

"Yuventus"un ingilis klubu ilə "alver" planı

"Yuventus" heyətini "Çelsi"nin futbolçusu ilə gücləndirməyi düşünür.

Sport7.az xəbər verir ki, Turin təmsilçisi ingilis klubunun yarımmüdafiəçisi Corcinyonu transfer etmək niyyətindədi. İtaliyalı yarımmüdafiəçiyə görə "Yuventus" tələb olunan 50 milyon funt-sterlinqi vermək fikrində olmasa da, məbləğin bir hissəsini Aaron Remsi və Adrian Rabionu qarşı tərəfə təklif etməyi planlaşdırır.

Klublar arasında danışıqlarda hələ müsbətə doğru irəliləyiş yoxdur. Amma "Qoca sinyora”ın rəhbərliyi çox nikbindi və futbolçunu əldə edəcəklərinə əmindi.

Sport7.az

Mənbə: sport7.az