"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

"Tottenhem"in sol cinah müdafiəçisi Rayan Sessenyon karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az "Football 365"-ə istinadən xəbər verir ki, "Barselona" Sessenyonla yaxından maraqlanır. Katalon klubu 20 yaşlı futbolçunu Jordi Albanın əvəzedicisi hesab edir.

Sessenyonun zədə problemi ilə üzləşməsi və "Spörs"ün sabiq baş məşqçisi Maurisio Poçettinonun, o cümlədən hazırkı çalışdırıcı Joze Mourinyunun etimadını qazana bilməməsi transfer bazarında ona olan marağın azalmasına səbəb olub. Bu mənada "Barselona" ingilis futbolçu uğrunda mübarizədə favorit göstərilir.

Cari mövsümdə Sessenyon 12 matçda meydana çıxıb.

Fanat.Az

Mənbə: www.fanat.az