"Mən heç onun kim olduğunu bilmirəm" - İbrahimoviç Ranqniki tanımır

"Mən heç onun kim olduğunu bilmirəm" - İbrahimoviç Ranqniki tanımır

Ralf Ranqnik böyük ehtimalla növbəti mövsümdən "Milan"ın baş məşqçisi olacaq.

Fanat.Az "TalkSport"a istinadən xəbər verir ki, Zlatan İbrahimoviçdən Ranqnikin təyinatına münasibət bildirməsi istənilib. İsveçli futbolçu alman mütəxəssisi tanımadığını bildirib:

"Ranqnik kimdi? Mən heç onun kim olduğunu bilmirəm".

İbrahimoviç yanvarda "Milan"a keçmişdi. Cari mövsümdə "qırmızı-qaralar"ın forması ilə 13 matçda meydana çıxan 38 yaşlı hücumçunun aktivində 6 qol var.

Fanat.Az

Mənbə: fanat.az