Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

Zidan: "Hakim penalti təyin edibsə, deməli, penalti var"

"Real" La Liqanın 35-ci turu çərçivəsində "Alaves"lə oynanılan matçdan 2:0 hesabı ilə qalib ayrılıb. Madrid təmsilçisinin qollarından biri penaltidən vurulub.

"Real" ardıcıl üçüncü oyundu ki, 11 metrlik zərbə vurmaq haqqı qazanır. İspaniyada hakimlərin "kral klubu"nun lehinə qərarlar verdiyi yönündə iddialar gəzir. Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan "Alaves"lə oyundan sonra məsələyə münasibət bildirib:

"Hakim penalti təyin edibsə, deməli, penalti var. İstənilən halda Mendi həmin epizodda çox yaxşı oynadı. Hansı yolla olursa olsun, qol vurmaq lazımdı".

"Real" sona üç tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 7 xal fərqi ilə qabaqlayır. Zidanın yetirmələri "katalonlar"dan bir oyun artıq keçirib.

Fanat.Az

Mənbə: fanat.az