AFFA bu boyda pulu hardan tapır və ya milyonçular məclisi...

AFFA bu boyda pulu hardan tapır və ya milyonçular məclisi...

Amal ABUŞOV

Nəhayət ki, arzularına çatdılar. AFFA-nın daxilindəki iki qruplaşmadan biri uzun illərdi ki, məğlub olurdu. Dünən illərdi məğlub olanhəmin o qruplaşma möhtəşəm qələbə çaldı. Yəqin ki, Bakı ətrafı bağ evlərininbirində axşam möhkəm yeyib-içmək olub...

Bəlli, AFFA-nın daxilində iki barışmaz qrup var.Biri "almanlar”dı, o biri isə "italyanlar”. İcraiyyə Komitəsini boş verin, MəşqçilərKomitəsini də. Bu adamlar Azərbaycan futbolunda bir qara qəpiklik nüfuza, kəsərlisözə sahib deyillər. Hər şeyə həmin o iki qruplaşmanın üzvləri qərar verirlər.Birincilər alman futbolunun fanatlarıdı. Məhz onların əliylə Berti Foqts,Robert Prosineçki uzun illər Azərbaycan millisinin baş məşqçisi postunu tutublar,işbazlarla birlikdə qazı vurub, qazanı da doldurublar. "İtalyanlar” "almanlar”ınhər məğlubiyyətinə özlərinin şansı kimi baxıb və əmin olublar ki, bir gün mütləqAzərbaycan millisinin başına italyan mütəxəssisi otuzdura biləcəklər. Həmin günyetişdi. Koronavirus pandemiyası imkan versə, ən azı yaxın 18 ay ərzində Azərbaycanmillisini italiyalı mütəxəssis Canni De Byazi çalışdıracaq.

Sözsüz ki, De Byazi özüylə birlikdə əcnəbi köməkçilərinidə gətirəcək. Adətən, belə əcnəbilər "yeməyə” tək getmirlər. Heç şübhənizolmasın ki, tezliklə aşağı yaş qruplarındakı əcnəbiləri də yola salacaqlar.Onların əvəzinə De Byazinin təklif etdiyi gəlmələr çalışacaq. Bununla da Azərbaycandayeni futbol erası başlayacaq. Amma nəticə baxımından heç nə dəyişməyəcək. Bilirəmki, arif oxucularımızın sözlərimə şübhəsi yoxdu. Azərbaycan futbolunun bünövrəsiyoxdu. Bünövrəsiz binanın damını və fasadını Almaniyadan, İtaliyadan gətirilmişsüni örtüklə qapatsan, Türkiyədən televizyonçu gətirib, binayla bağlı rəngarəngvideo-çarxlar hazırlasan da, boşunadı.

Canni De Byazinin məşqçi kimi fəaliyyətini, onu Azərbaycandanələrin gözlədiyini, italyanların Bakıya səfərinin futbolumuza nə verə biləcəyinigələcək yazılarımızda mütləq araşdıracağıq. İndi bunlara toxunub, yazımı qəlizləşdirməkistəmirəm. Bu dəfə sözüm AFFA İcraiyyə Komitəsinin üzvlərinədi. Daha doğrusu,italyan mütəxəssisin gəlişinə əl qaldıran səkkiz nəfərə. Bütün dünyanıpandemiya səbəbindən maliyyə böhranı bürüyüb. O cümlədən də Azərbaycanı. Hamıkoronavirusla mübarizəyə köklənib, neftin sürətlə ucuzlaşması da vəziyyəti pisləşdirir.AFFA İcraiyyə Komitəsinin üzvləri isə özlərini bundan xəbərsiz kimi aparırlar.Sanki milyonçular məclisidi, ölkədə baş verənlərin bunlara aidiyyatı yoxdu.

İndi sadə vətəndaşı bir sual düşündürür: AFFA əcnəbilərəyedizdirməyə bu boyda pulu hardan tapır? Yerli klublara, mütəxəssislərə, uşaqfutboluna xərcləməyə gələndə pul yoxdu, vəziyyət çətindi deyirlər. Elitada klubsayını artırmırlar, əcnəbiyə qucaq açırlar. Bölgələrdə futbol yoxdu, seleksiyaişləri aparılmır, məşqçilərə 300 manat maaş verilir, onlar da öz qarınlarınınhayında olurlar, futbolun yox. Aprelin son günlərində UEFA 55 futbolfederasiyasına 236,5 milyon avro pul ayrıdı. AFFA da hər bir federasiya kimi4,3 milyon avro yardım aldı. Bu pul koronavirus pandemiyasının zərərləriniqarşılamağa, futbola dəstək olmağa verilmişdi. AFFA həmin pulu neynədi? SəkkizPremyer Liqa klubunun hər brinə koronavirus testindən keçmək üçün 5000 manatayırdılar, bir də hakimləri boş yerə yoxlanışdan keçirdilər. Vəssalam! Bu daoldu koronavirusla mübarizə. Qalan pulun aqibətindən xəbər-ətər yoxdu.

Olmaya, həmin 4,3 milyon avronu Canni De Byazi iləbirlikdə bölüşdürəcəklər?!

Mənbə: sport7.az