Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO

Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO

Sərhədlər bağlı olduğu üçün mart ayından bəri Azərbaycanda qalan Tunisin ağırlıqqaldırma üzrə millisi bu gün ölkəmizi tərk ediblər.

Oxu.Az-ın xəbərinə görə, Tunis millisinin misirli baş məşqçisi Xalid Korani, eləcə də, dörd atlet – Kərəm Ben Hnia, Aymen Başa, Nuha Landulsi və Şaima Rahmuni bu gün Bakıdan saat 11:30-da İstanbula uçan təyyarədə yerlərini alıb.

 

Qeyd edək ki, Tunis millisi Bakıya martın əvvəlində bir aylıq hazırlıq keçmək üçün gəlib. Lakin sərhədlər bağlandığından, onlar Tunisə qayıda bilmirdi. Belə ki, Tunis hökuməti beş nəfər üçün Bakıya xüsusi təyyarə göndərməkdən imtina edirdi.

Səbuhi Musayev

Mənbə: www.oxu.az