"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

"Beş əvəzetmə" qaydasının müddəti uzadılır? - FIFA prezidentindən açıqlama

"Beş əvəzetmə" qaydasının müddəti uzadıla bilər.

Fanat.Az AS-a istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib:

"Çempionlar Liqası avqustda başa çatacaq. Daha sonra beynəlxalq matçlar, çempionatlar, Avropa çempionatının təsnifat oyunları, dünya çempionatının seçmə matçları, bir sözlə, 2020-21 mövsümü başlayacaq. Qrafik sıxdı, yüklənmə çox olacaq. Biz oyunçuların sağlamlığını qorumalıyıq. Hazırda 5 əvəzetmədən istifadəyə icazə verilir. Məncə, qaydanın müddəti uzadılmalıdı. Bu barədə müzakirələr aparırıq".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət səbəbindən 2021-ci il, 1 yanvar tarixinə kimi komandaların 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Mənbə: fanat.az