Tanınmış idman jurnalisti De Byazidən yazdı: "Bahalı məşqçi sayılmır"

Tanınmış idman jurnalisti De Byazidən yazdı: "Bahalı məşqçi sayılmır"

Bildiyiniz kimi, Azərbaycan milli komandasının baş məşqçisi postuna İtaliyadan olan mütəxəssis Canni De Byazi gətirilib.

Sport7.az xəbər verir ki, hazırda futbol camisəində müzakirə mövzusu onun ölkəmizdə nə qədər qazanacağıdır.

Gündəmi zəbt edən bu məsələyə tanınmış idman jurnalisti Rasim Mövsümzadə də fikir bildirib.

Onun şəxsi "facebook"unda yazdığına görə, "Azərbaycana gəlişi ilə 64 yaşında şəxsi bank hesabını hansı məbləğdə artıracağını bilmirəm, amma futbol üzrə milli komandamızın baş məşqçisi təyin olunan italiyalı Gianni De Biasi bahalı məşqçi sayılmır.

Eşitdiyimə görə, 2011-2017-ci illərdə Albaniyada işləyən De Biasi əvvəllər orada ayına təxminən 20 min avro, rəhbərlik etdiyi komanda Avro-2016-ya vəsiqə qazandıqdan sonra isə təxminən 40 min avro məbləğində maaş alırmış.

Düzdür, başqa rəqəm də var. 2016-cı ilin əvvəlində Albaniya mətbuatının yazdığına görə, Avropa çempionatına vəsiqə qazandıqdan sonra De Biasiyə, əvvəlki maaşının məbləği 60 % artırılaraq, illik 800 min avro məbləğində yeni müqavilə təklif olunubmuş".

Qeyd edək ki, mətbuatda Canni De Byazinin Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb.O isə, Azərbaycana pul üçün gəlmədiyini açıqlayıb.

Mənbə: sport7.az