De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

De Bröyne "Mançester Siti" ilə bağlı qərarını verdi

Kevin De Bröyne "Mançester Siti"də qalacaq.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti"nin avrokuboklardan iki il müddətinə uzaqlaşdırılmasına dair apellyasiya müraciətini əsassız saysa belə, De Bröyne komandadan ayrılmayacaq.

Belçikalı futbolçu və xanımı Mişelin bu il üçüncü övladı dünyaya gələcək. Bu səbəbdən onlar həyatlarında dəyişiklik etmək niyyətində deyillər.

Qeyd edək ki, UEFA maliyyə feyr-pleyi qaydalarını pozduğunu əsas gətirərək "şəhərlilər"i iki il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Mənbə: fanat.az