Rafael Ağayev Rusiya millisindən təklif alıb

Rafael Ağayev Rusiya millisindən təklif alıb

Azərbaycan karateçisi Rafael Ağayevə Rusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub.

Bu barədə

"Report"un "Instagram" səhifəsində canlı yayımda titullu idmançının özü açıqlama verib.

O bildirib ki, artıq 2021-ci ildən bu vəzifədə çalışması xahiş olunub. Ağayev hələlik Azərbaycanda olduğunu və məşq etdiyini bildirib.

Karateçi Azərbaycan millisində çalışmasının da mümkünlüyünü vurğulayıb. O, Azərbaycan Karate Federasiyasının hazırkı prezidenti Yaşar Bəşirovun xeyir-duası olacağı təqdirdə, bu posta rəhbərlik etmək istədiyini də diqqətə çatdırıb.

Mənbə: fanat.az