Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdır"

Azərbaycanlı karateçi: "Messi Allahın bəlasıdır"

Azərbaycan millisinin karateçisi Rafael Ağayev dünya futbolunun aparıcı simaları Lionel Messi ("Barselona") və Kriştianu Ronaldunu ("Real Madrid") müqayisə edib.

Titullu idmançı “Report”un “Instagram” səhifəsindəki canlı yayımda bildirib ki, sözügedən oyunçuların hərəsinin öz üstünlükləri var.

Rafael Ağayev

Ağayevin sözlərinə görə, onlar bir-birilərini təkrar edə bilməzlər: "Komanda oyununda Messinin elədiklərini Ronaldu edə bilmir. Sırf hücumçu kimi isə əksinə, Ronaldu daha yaxşıdır. Fiziki baxımdan, hava toplarında Ronaldu üstündür. Messi isə Allahın bəlasıdır. Ondan hər şey gözlmək olar".

Karateçi ulduz futbolçuların gələcəkdə "Yuventus"da komanda yoldaşı olmalarını istədiyini əlavə edib.

Mənbə: www.bizimyol.info