İPL-i tərk edəcək ilk klub müəyyənləşdi

İPL-i tərk edəcək ilk klub müəyyənləşdi

İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub məlum olub.

Offsideplus.az xəbər verir ki, bu "Norviç Siti"dir. Komanda 35-ci turda doğma meydanda "Vest Hem"ə 0:4 hesabı ilə məğlub olub. Bu nəticədən sonra 21 xalda qalan "Norviç"in ölkə çempionatının bitməsinə 3 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, "Vest Hem" 34 xalla 16-cı, "Norviç" 21 xalla sonuncu pillədə qərarlaşıb.

Mənbə: offsideplus.az