Məşhur klub karantinə alındı

Məşhur klub karantinə alındı

İsveçrənin Superliqa təmsilçisi "Sürix"də futbolçular, məşqçi heyəti və işçilər karantinə alınıb.

Qol.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, cümə günü klubdakı bütün heyət koronavirus testindən keçib və müsbət cavablar olub. Bu səbəbdən heyət və bütün oyunçular təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.

Klubun İsveçrə çempionatında "Sion" (11 iyul) və "Bazel"lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.

Mənbə: qol.az