Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

"Spartak"ın baş məşqçisi Domeniko Tedesko fırıldaqçıların toruna düşüb.

Fanat.Az teleqram-kanal "Baza"ya istinadən xəbər verir ki, özünü klubun əməkdaşları kimi təqdim edən şəxslər mütəxəssisdən "pul qobarıblar".

Hadisə 2 gün əvvəl - cümə axşamı baş verib. Həmin vaxt Soçidə - "Redisson" otelində dincələn Tedeskodan telefonla oteldə olub-olmadığını soruşublar. Baş məşqçi ekranda klubun əməkdaşlarından birinin şəklini gördüyündən onu arayan adamın maddi kömək istəyini yerinə yetirib.

Məlumata görə, kələkbazlar çalışdırıcıdan 250 min rubl alıb.

Fanat.Az

 

Mənbə: fanat.az