"Liverpul"un il yarımlıq qələbə seriyası qırılıb

 

"Liverpul"un "Enfild Roud"da il yarımlıq qələbə seriyasına son qoyulub.

Apasport.az saytının məlumatına görə, "qırmızılar"ın seriyası Premyer Liqanın XXXV turunda "Bernli" ilə matçda qırılıb.

Rəqibi ilə 1:1 hesablı heç-heçə edən "mersisaydlılar" 2019-cu ilin yanvarından bəri ilk dəfə çempionatda öz meydanında büdrəyib. Yurgen Kloppun komandası sonuncu dəfə həmin vaxt "Lester"lə ev matçında bərabərə qalmışdı. "Enfild Roud"dakı qalibiyyət seriyası 24 oyun çəkib.

Qeyd edək ki, 35 matçda 93 xal toplayan "Liverpul" çempionluğu rəsmiləşdirib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Opel Mokka modelinin yeni tizerini dərc edib - VİDEO

SONRAKI XƏBƏR

Gözdə tez-tez yaranan itdirsəyi nəyin əlamətdir?