İngiltərə Premyer Liqası: “Liverpul”-“Börnli” qarşılaşması heç-heçə başa çatıb

İngiltərə Premyer Liqası: “Liverpul”-“Börnli” qarşılaşması heç-heçə başa çatıb

 

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğunu vaxtından əvvəl təmin etmiş "Liverpul" klubu "Börnli" komandasını qəbul edib. “Enfild” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1. Qarşılaşmada hesabı meydan sahibləri açıb. "Liverpul"un müdafiəçisi Endrü Robertson fərqlənib. Lakin "Bernli"nin hücumçusu Cey Rodriqes ikinci hissənin ortalarında hesabı bərabərləşdirib. Qarşılaşma bu hesabla da başa çatıb.

İngiltərə çempionatının yarış cədvəlinə "Liverpul" başçılıq edir. Komandanın aktivində 93 xal var. "Bernli" 50 xalla doqquzuncu yerdə qərarlaşıb.

Mənbə: azertag.az