Messi yeni rekord müəyyənləşdirdi

Messi yeni rekord müəyyənləşdirdi

Lionel Messi İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.

 

Fanat.Az xəbər verir ki, superulduz Primyerada bir mövsümdə 20-dən çox qol və məhsuldar ötürmə ilə yadda qalıb.

 

Argentinalı buna La Liqanın 36-cı turunda - "Valyadolid”lə oyunda komandasının vurduğu yeganə qolun ötürməsini verməklə nail olub.

 

Hazırda Messinin hesabında 22 qol, 20 məhsuldar ötürmə var.

 

21-ci əsrdə Avropanın beş aparıcı çempionatı arasında belə nəticəyə 2002/03 mövsümündə Tyerri Anri imza ata bilmişdi. O, London "Arsenal”ının heyətində 24 dəfə rəqib qapıçıları məyus etmiş, 20 qol ötürməsi vermişdi.

Fanat.Az

 

Mənbə: fanat.az