Dabo “Neftçi”yə təşəkkür etmədi – FOTOFAKT

Dabo “Neftçi”yə təşəkkür etmədi – FOTOFAKT

"Neftçi”ni təkr edərək Cənubi Kiprin "Apollon”klubu ilə anlaşan hücumçu Baqali Dabonun "ağ-qaralar”a olan qəzəbi hələ dəsoyumayıb.

Sport7.az xəbər verir ki, evdə "Qarabağ”ınformasını geyindiyi üçün "Neftçi” hücumçunu cərimələmişdi. Futbolçunun agentiisə evdəki davranışına və həyat yoldaşının sosial şəbəkədə paylaşım etməsinəgörə Dabonun cərimələnməsinin haqsız olduğunu bildirib. Görünən odu ki,futbolçu ilə klub arasında yaşanan bu mübahisə uzun müddət davam edəcək.

Hazırda Cənubi Kiprdə olan Dabo "Neftçi”nibağışlamaq fikrində deyil. "Neftçi” tərəfi Dabonun gümüş medalını və mövsümün ənsərrast oyunçusu üçün verilən mükafatı qarşıdakı 1-2 gün ərzində karqo ilə CənubiKiprə yola salacaq.

Dünən şəxsi "Instagramm” səhifəsindən qənimətlərinipaylaşan Dabo bu mükafatlara görə AFFA və PFL-ə təşəkkür edib. Həmin paylaşımda"Neftçi”nin adının qeyd olunmaması heç də təsadüfə bənzəmir.

 

 

Mənbə: sport7.az