Qrizmann zədələndi

Qrizmann zədələndi

“Barselona”nın hücumçusu Antuan Qrizmann “Valyadolid”lə dünənki çempionat matçında (1:0) zədə alıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bud nahiyəsində narahatlıq hiss edən fransalı futbolçu fasilədə Luis Suareslə əvəzlənib.

Bildirilir ki, Qrizmannın La Liqanın mövsümdəki son iki matçını buraxmaq ehtimalı var.

Mənbə: qol.az