Azərbaycanlı futbolçuların komandası uduzdu

Azərbaycanlı futbolçuların komandası uduzdu

Çexiyanın 2-ci liqasında 29-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, dünən Fərid Nəbiyevlə Samir Qurbanovun komandası - "Viktoriya” da növbəti matçına çıxıb.

Jijkov təmsilçisi səfərdə "Usti nad Labem”lə qarşılaşıb və 0:1 hesabıyla yenilib.

Fərid start "11-lik"də meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə qarşılaşmanı yenə kənardan izləyib.

46 xala malik "Viktoriya” turnir cədvəlində 16 iştirakçı arasında 6-cı pillədə yer alıb.

Mənbə: www.fanat.az