“Ayaks”ın stadionu restorana çevrildi - Şəkillər

“Ayaks”ın stadionu restorana çevrildi -  Şəkillər

Niderlandın “Ayaks” klubunun ev oyunlarını keçirdiyi “Yohan Kroyff Arena” restorana çevrilib.

Qol.az xəbər verir ki, koronavirusa görə maliyyə sıxıntıları yaşayan Amsterdam təmsilçisi əlavə gəlir əldə etmək üçün belə bir addım atıb. Stadion həftənin çərşənbə günü restoran kimi fəaliyyət göstərir. "Langs de Lijn" adlı restorana gələn müştərilər 50-100 avrolarından keçməklidirlər.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Niderland Erediviziyasında mövsüm ləğv olunub.

Mənbə: qol.az