Fransanın ilk qızılı: Möhtəşəm finaldan 22 il ötür

Fransanın ilk qızılı: Möhtəşəm finaldan 22 il ötür

Bu gün futbol üzrə Fransa yığma komandasının ilk dəfə dünya çempionu olmasından 22 il keçir.

Cebhe. info xəbər verir ki, fransızların ilk çempionluğu 1998-ci ildə keçirilən mundialda qeydə alınıb. Fransızlar doğma vətəndə keçirilən dünya çempionatına qələbə ilə başlamışdılar. “C” qrupunda yarışan Fransa Cənubi Afrika üzərində 3-0 hesablı qələbə qazanmışdı. Didye Deşamın kapitan olduğu komanda ikinci oyunda Səudiyyə Ərəbistanının qapısına 4 cavabsız top vurmuşdu.

Nəyahət Danimarka üzərində 2-1 hesablı qələbə Fransanı 1/8-ə çıxardı. Fransızlar 1/8-də Paraqvayı (1-0), ¼-də İtaliyanı çempionatdan kənarlaşdırdılar. Yarımfinalda Xorvatiyanı 2-1 hesabı ilə məğlub edən Fransa millisi iyulunn 12-də Sen Denidə keçirilən möhtəşəm final oyununda “futbol sehrbazlarını” məğlub etməyi bacardılar. Fransızlar Braziliyanın qapısına 3 cavabsız top vurdular.

Final oyununda Fransa millisinin Əlcəzair əsilli futbolçusu Zinəddin Zidan yüksək performansı ilə diqqət çəkdi. “Zizu” 2 möhtəşəm qolla braziliyalıların çempionluq arzusunu gözündə qoydu. Emmanuel Petinin ikinci hissənn sonlarında vurduğu 3-cü qol cənubi amerikalılarn müqavimətini birdəfəlik qırdı. Beləliklə, fransızlar ilk dəfə olaraq dünya kubokunu başları üzərinə qaldırdı. Fransanın 22 il öncəki uğurunda Fabyen Bartez, Biksant Lizarazyu, Loran Blan, Marsel Desayi, Lilian Türam, Patrik Viyera, Didye Deşam, Zinəddin Zidan, Tyerri Anri, David Trezeqe kimi ulduzların böyük əməyi olmuşdu.
Aydın
Cebhe. info

Mənbə: cebhe.info