Türkiyəli qapıçı "Çelsi"yə keçməyə yaxındı

Türkiyəli qapıçı "Çelsi"yə keçməyə yaxındı

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındı.

Sport7.az xəbər verir ki, Türkiyə mətbuatı 24 yaşlı qapıçının "Çelsi" ilə anlaşdığını yazıb. Çakırın transfer qiyməti 10 milyon avro olaraq dəyərləndirilir. Qapıçı ilə "Liverpul"un da maraqlandığı bildirilir.

Bu mövsüm Çakır Türkiyə Superliqasında meydana çıxdığı 30 matçın 2-ni "quru" keçirib.

Sport7.az

Mənbə: sport7.az