Daha bir ölkədə çempion bəlli oldu

Polşa çempionatında 2019/20 mövsümünün qalibi məlum olub.

Qol.az xəbər verir ki, 35-ci turda “Krakoviya”nı məğlub edən “Legiya” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Legiya” 68 xalla liderdir və ən yaxın izləyicisi “Lex”i 11 xal qabaqlayır. “Lex”in ehtiyatda bir oyunu var.

“Legiya” son 5 ildə 4-cü dəfə Ekstraklasanın qalibi olub. Varşava təmsilçisi 14 qat Polşa çempionudur.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

16 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO

SONRAKI XƏBƏR

Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq