İlk dəfə Superliqaya vəsiqə qazandılar

İlk dəfə Superliqaya vəsiqə qazandılar

Türkiyə birinci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib.

Qol.az xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə buna nail olub.
Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Superliqaya vəsiqə qazanır.

Mənbə: qol.az