"Sivasspor" səfərdə "Fənərbağça"nı məğlub edib

"Sivasspor" səfərdə "Fənərbağça"nı məğlub edib

İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Fənərbağça” “Sivasspor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub.

Beləliklə, “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, iyulun 13-də “Kasımpaşa” – “Rizəspor”, “Kayserispor” – “Qaziantep”, “Konyaspor” – “Başakşəhər”, “Dənizlispor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Beşiktaş” komandaları qarşılaşacaq.

 

REAL

 

Mənbə: www.realtv.az