"Qalatasaray"ın Arda Turanla müqaviləsinin detalları üzə çıxdı

"Qalatasaray"ın Arda Turanla müqaviləsinin detalları üzə çıxdı

"Barselona" ilə müqaviləsi bitdikdən sonra sərbəst qalan Arda Turanın yeni klubunun "Qalatasaray" olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın prezidenti Mustafa Cengiz və baş məşqçi Fatih Terimin futbolçu ilə görüşü zamanı mövsümün sonunda müqavilə imzalanması barədə qərar qəbul olunduğu barədə xəbər vermişdik.

İspaniyanın AS nəşri isə müqavilənin detallarını açıqlayıb.

Arda Turanın yetirməsi olduğu "Qalatasaray" klubu ilə 1+1 illik razılığa gəldiyi bildirilib. Türk futbolçu hər oyuna görə 25 min avro qazanacaq. "Qalatasaray" çempion olacağı təqdirdə, A. Turan 500 min avro əldə edəcək.

Nəşr keçmiş klubuna qayıdan Ardanın kapitan olacağını da vurğulayıb.

Qeyd edək ki, qış transfer dönəmində icarədə olduğu "Başakşəhər"lə yolları ayıran Arda Turan o vaxtdan klubsuzdur. Qışda "Qalatasaray" keçidi gündəmdə olsa da, klubun prezidenti Mustafa Cengiz razı olmamışdı.

 

Mənbə: offsideplus.az