“Barselona”nın prezidenti: “Xavi gec-tez baş məşqçimiz olacaq”

“Barselona”nın prezidenti: “Xavi gec-tez baş məşqçimiz olacaq”

İspaniyanın “Barselona” klubunun prezidenti Jozep Bartomeu İspaniya yığmasının sabiq futbolçusu Xavi Ernandesin komandanın baş məşqçisi olacağına dair iddialara münasibət bildirib.

“Report” yerli TV3-ə istinadən xəbər verir ki, funksioner hazırda baş məşqçi axtarmadıqlarını söyləyib. Bartomeu Xavinin gec-tez “Barselona”nın baş məşqçisi olacağını deyib: “Kike Setyen Çempionlar Liqasında və La Liqada qalan matçlarda yanımızda olacaq. Onunla olan müqavilə şərtlərini yerinə yetirmək niyyətindəyik”.

Qeyd edək ki, Xavi Ernandes 1998 – 2015-ci illərdə “Barselona”nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub. O, hazırda Qətərin “Əl Sədd” komandasının baş məşqçisidir və klubu Xavi ilə sözləşməni 2020/21 mövsümünün sonuna qədər uzadıb.

 

 

Mənbə: www.cumhuriyyet.net