Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

"Liverpul"un baş məşqçisi Yürqen Klopp gələcək planlarından danışıb.

 

Fanat.Az SWR-ə istinadən xəbər verir ki, Klopp "Liverpul"dan ayrıldıqdan sonra bir il məşqçiliyə fasilə verəcəyini bildirib:

"Karyeramın sonlarında yaşamaq üçün yüz faiz Almaniyaya qayıdacam - böyük ehtimalla Mayntsa.

"Liverpul"la müqaviləmin bitməsinə dörd il var. Ondan sonra bir il heç nə etməməyi planlaşdırıram. Həmişə marağında olduğum, istədiyim şeylərə zaman ayıracam. "Liverpul"dan sonra başqa klub və ya yığma çalışdıra bilərəm. Ümumiyyətlə, karyeramı bitirmək ehtimalı da istisna deyil. Amma belə əmin danışmayım. Beş il ərzində dünyada çox şey dəyişə bilər".

Alman mütəxəssis 2015-ci ildən "mersisaydlılar"ı çalışdırır.

Fanat.Az

Mənbə: fanat.az